Zelenski soydaşımızı medalla təltif etdi
5-07-2021, 13:33
143

Zelenski soydaşımızı medalla təltif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
 
Təltif edilənlər arasında Ukraynada yaşayan soydaşımız da var. Vladimir Zelenskinin Fərmanı ilə Ukrayna Baş Prokuror Ofisi Departamentinin şöbə müdiri Samir Şirxan oğlu Allahverdiyev "Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Qeyd edək ki, Samir Allahverdiyev uzun müddətdir Ukrayna hüquq mühafizə orqanlarında çalışır.

Oxşar xəbərlər