Bu ölkədən Azərbaycana uçuşlar başlayır
5-07-2021, 16:44
163

Bu ölkədən Azərbaycana uçuşlar başlayır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” büdcə aviaşirkəti Azərbaycana uçuşları bərpa edəcək.
Bu barədə şirkətə istinadən məlumat verir.
Uçuşlar iyulun 15-dən etibarən, həftədə iki dəfə (cümə axşamı və bazar günləri) olacaq.
Əbu-Dabidən uçuş 11:50-də baş tutacaq, Bakıya təyyarə 14:55-də çatacaq. Bakıdan 16:15-də çıxan təyyarə isə Əbu-Dabidə 19:15-də eniş edəcək.

Oxşar xəbərlər