COVID-19-dan çirkli pul qazanmış 4 erməni mühakimə olundu
5-07-2021, 19:47
200

COVID-19-dan çirkli pul qazanmış 4 erməni mühakimə olundu

Los-Ancelesin dörd erməni sakini COVID-19 yardım fondu hesabına fırıldaqçılıqda günahkar biliniblər.
“Armenian News” xəbər verir ki, 42 yaşlı Riçard Ayvazyan, 37 yaşlı arvadıMarietta Terabelyan, 41 yaşlı qardaşı Artur Ayvazyan və 41 yaşlı Vaqe Dadyan saxta və ya oğurlanmış şəxsiyyət vəsiqələrindən istifadə edərək 18 milyon dolları mənimsəyiblər.
Pulların biq qismindən Tarzan, Qlendeyl və Palm Desert-dəki lüks evlər üçün ilkin ödəniş olaraq istifadə edilib. Qalan vəsaitlə lüks saatlar, zinət, çantaları, geyimlər, xaricdən gətirilən gözəl mebellər və “Harley-Davidson” motosiklinin alınmasına xərclənib.
Dörd müttəhimin hamısı fırıldaqçılıq və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Oxşar xəbərlər