Paşinyan Rusiyaya buna görə gedirmiş
7-07-2021, 11:02
141

Paşinyan Rusiyaya buna görə gedirmiş

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edəcək.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. 
Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".
Bundan əlavə, görüşdə Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsinin  müzakirə olunacağı barədə məlumat verilib.

Oxşar xəbərlər