Sülhməramlılar Qarabağda nə qədər qalacaq? - Rusiyanın İrəvandakı səfirindən AÇIQLAMA
7-07-2021, 15:53
145

Sülhməramlılar Qarabağda nə qədər qalacaq? - Rusiyanın İrəvandakı səfirindən AÇIQLAMA

«Sizi mövcud həqiqətlərdən yola çıxmağa çağırıram».
«Armenian News» xəbər verir ki, bunu iyulun 7-də jurnalistlərə verdiyi müsahibədə rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılıb-uzanmayacağı sualını cavablandırarkən Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib..
O qeyd edib ki, kontingent bölgədə kifayət qədər effektiv fəaliyyət göstərir. “Bundan başlayacağıq. Gələcəyə gəldikdə, gələcəyimizi düşünərək, əlbəttə ki, bu günlə yaşayaq”.
Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata görə, rus sülhməramlılarının Qarabağda qalma müddəti uzadılması ehtimalı ilə beş ildir.

Oxşar xəbərlər