Taliban Türkmənistanla sərhəd şəhərə hücuma keçdi
7-07-2021, 16:39
148

Taliban Türkmənistanla sərhəd şəhərə hücuma keçdi

Taliban Əfqanıstanın şimal-qərbində yerləşən Badqis vilayətinin mərkəzi olan Kalayi-Nau şəhərinə hücuma başlayıb.
Xarici KİV xəbər verir ki, hazırda döyüşlər şəhər ətrafında gedir. Taliblərin polis və kəşfiyyat idarələrinin qərargahlarını ələ keçirdiyi vurğulanıb.
Qeyd edək ki, az öncə Əfqanıstan hökuməti ilə Taliban arasında İranda danışıqlar başlayıb.

Oxşar xəbərlər