Bu ölkə Çin istehsalı peyvənd vurduranların adını siyahıdan çıxarır
8-07-2021, 21:25
215

Bu ölkə Çin istehsalı peyvənd vurduranların adını siyahıdan çıxarır

Sinqapurda Çinin “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndini vurduranların adı milli peyvənd siyahısına əlavə olunmayacaq.

Bu barədə Sinqapur Səhiyyə Nazirliyi məlumat verib. Bu qərarın alınmasına səbəb “Sinovac”ın təhlükəsizliyi və effektivliyi barədə məlumat əldə edilməməsidir.
Açıqlamada deyilir ki, sözügedən vaksini vurduran şəxlər həm də ölkə tərəfindən veriləcək imtiyazlardan da məhrum olunacaqlar. “Sinovac” istifadə edən şəxslər COVID-19 testindən keçməli olacaqlar.
Qeyd edək ki, bu ölkədə, ancaq “Moderna” və “Pfizer-BioNTech” vaksinindən istifadə etmiş şəxslərin adı milli peyvənd siyahısına daxil ediləcək.

Oxşar xəbərlər