Dünya
9-07-2021, 11:26
134
Taliban İranla sərhəd-keçid məntəqəsini ələ keçirib
Əfqanıstanda gərgin vəziyyət səngimık bilmir.
Taliban artıq İranla sərhəd ərazilərdən birini nəzarətə götürüb. "France-Press" agentliyinin yaydığı məlumata görə, silahlılar Əfqanıstan-İran sərhədindəki əsas sərhəd keçid məntəqəsini ələ keçirib.
Taliban nümayəndələri iddia edirlər ki, artıq sərhəddə olan İslam-Kala yaşayış məntəqəsi tamamilə onların nəzarətinə keçib. Talibanın sözçüsü isə "RİA Novosti"yə verdiyi açıqlamada qonşu ölkələri sərhəd təhlükəsizliyindən narahat olmamağa çağırıb.