Ermənistanda rayon rəhbəri yoxa çıxdı
9-07-2021, 15:35
156

Ermənistanda rayon rəhbəri yoxa çıxdı

Ermənistanın Sünik (Zəngəzur-red.) bölgəsinin Vorotan rayon rəhbəri Suren Ohancanyan naməlum istiqamətə aparılıb.
Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, bu barədə Gorus merinin müavini Menua Ovsepyan bildirib.

"Onu kimin hara apardığını hələ deyə bilmərəm", - Ovsepyan əlavə edib.

Xatırladaq ki, bundan əvvəl hüquq-mühafizə orqanları əməkdaşları Ohancanyanın evində axtarış aparıblar. Axtarışlar məhkəmənin icazəsi ilə olub .

Oxşar xəbərlər