Ermənistanda şəhər meri həbs edilib
9-07-2021, 22:58
179

Ermənistanda şəhər meri həbs edilib

Ermənistanın Sünik vilayətinin Kaçaran şəhərinin meri Manvel Paramazyan həbs edilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasında saxlanılır.

Qeyd edək ki, iyulun 8-də MTX-nin əməkdaşları M.Paramazyanın mənzilində axtarış aparıblar. Həmin gün Zəngəzur Mis-molibden kombinatında da axtarış keçirilib.

Oxşar xəbərlər