Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib
11-07-2021, 12:09
171

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının “Qürur yürüşü” əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.
APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, “Pirveli TV”nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib.
Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.
Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.

Oxşar xəbərlər