Ukraynanın nüfuzlu telekanalı Şuşadan reportaj yayımladı - Video
12-07-2021, 10:55
152

Ukraynanın nüfuzlu telekanalı Şuşadan reportaj yayımladı - Video

Ukraynanın nüfuzlu telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.
“Ukrayna” telekanalının xəbərlər proqramında Şuşaya ezam olunan müxbiri görülən quruculuq işlərindən danışıb. Şuşada ilk çörək sexində olan ukraynalı jurnalist orada yaradılan yüksək şəraiti qeyd edib. Reportajda, həmçinin Azərbaycan Ordusunun Şuşanın azad olunması uğrunda rəşadətli döyüşü haqqında maraqlı faktlar qeyd olunub, xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıqlar vurğulanıb.
Bundan başqa, reportajda ərazilərin minalardan təmizlənməsi, magistral yolların çəkilişi, elektrik stansiyasının tikintisi barədə də ətraflı məlumat verilib.



Oxşar xəbərlər