Gürcüstan parlamentində hökumət istefaya çağırıldı
12-07-2021, 15:42
150

Gürcüstan parlamentində hökumət istefaya çağırıldı

Gürcüstan parlamentinin bu gün saat 12:00-a təyin olunan növbədənkənar iclası üç saat gecikmədən sonra başlayıb.
Gecikməyə səbəb qanunverici orqanın iclas zalında baş verən qarşıdurma olub.
Qarşıdurma zamanı müxalifət partiyalarından olan deputatlar gərginliyə səbəb olub. Belə ki, onlar spikerin kürsüsünü tutaraq hökumətin istefasını tələb ediblər.
Müxalifəti təmsil edən millət vəkillərinin bir qismi zaldan çıxarılıb.
Hazırda iclasda 85 deputatın iştirakı ilə davam edir.

Oxşar xəbərlər