Boşanmağa bəzədilmiş avtomobillə getdi - VİDEO
12-07-2021, 16:23
180

Boşanmağa bəzədilmiş avtomobillə getdi - VİDEO

Türkiyədə maraqlı hadisə yaşanıb.
Malatya şəhərində yaşayan Murat Akdoğan adlı şəxs boşanmağa gedərkən avtomobilini toy maşını kimi bəzəyib.
Onun 13 illik evliliyini bitirdiyi gün belə bir addım atması hər kəsin təəccübünə səbəb olub.
Evlilik həyatında bir an belə xoşbəxt olmayan Akdoğan, yaşadığı pis günlərin geridə qaldığını və boşandığına sevindiyi üçün belə etdiyini bildirib:
“Boşandığımız üçün çox xoşbəxtəm. İnsan bəzən ayrılanda da xoşbəxt ola bilir. İnsanların yalnız evləndikləri zaman deyil, boşananda da xoşbəxt ola biləcəyini göstərmək üçün belə bir addım atdım.
Evlənəcək bütün gənclərə tövsiyəm yaxşı düşünməkdir. Onlar bilmədən evlənməməlidirlər.
Allah heç kimin evini dağıtmasın".




Oxşar xəbərlər