Ehtiyacını ödəmək istəyi həyatı hesabına başa gəldi - Anbaan VİDEO
13-07-2021, 13:00
149

Ehtiyacını ödəmək istəyi həyatı hesabına başa gəldi - Anbaan VİDEO

Braziliyada okean sahilində məşhur çimərliyi ilə tanınan Piedadedə 51 yaşlı Marselo Rosa Santos adlı kişinin başına gələnlər eşidənləri şoka salıb.
Haberler.com xəbər verir ki, tətildə olan şəxs tualet ehtiyacını ödəmək üçün dayaz bir əraziyə gedib. Sudan çıxıb təbii ehtiyacını ödəmək istəyərkən köpək balığı tərəfindən hücuma məruz qalıb.
Kişinin qolunu və cinsiyyət orqanını qoparıb. Hadisə yerinə təcili yardım həkimləri gəlib. Təcili xəstəxanaya aparılan adam həddindən artıq qan itkisi səbəbiylə ölüb. Santos və digər insanlara hücum edən köpəkbalığıların hansı növlərə aid olduğu hələ məlum deyil.

 
  

Oxşar xəbərlər