Ermənistanda siyasi həbslərə start verildi
13-07-2021, 13:20
153

Ermənistanda siyasi həbslərə start verildi

Ermənistanda siyasi həbslərə start verilib. 
Artıq Meqrinin keçmiş meri Mixtar Zakaryan və Sünik vilayətinin Vorotan bölgəsinin rəhbəri Suren Ohancanyan həbs edilib. Hər iki şəxs barədə 2 aylıq həbs-qətimkan təbdiri seçilib. Zakaryan büdcə vəsaitlərini mənimsəməkdə, Ohancanyan isə parlament seçkilərində seçiciləri pulla ələ almaqda ittiham edilir.
Erməni ictimai-siyasi mühitində isə bu həbslər siyasi motivli hesab edilir. Ohancanyan və Zakaryan Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın əleyhdarları kimi tanınır. Xüsusilə Ohancanyan parlament seçkiləri zamanı Sünik vilayətində Paşinyan və komandasının əleyhinə iş aparıb. 

Oxşar xəbərlər