Paşinyan xarici işlər naziri tapa bilmir
13-07-2021, 15:02
159

Paşinyan xarici işlər naziri tapa bilmir

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hazırda çıxılmaz vəziyyətdə qalıb. 
“Hraparak” qəzeti xəbər verir ki, o, Ermənistanın xarici işlər naziri  vəzifəsini icra etmək istəyən heç bir namizəd tapa bilmir. 
“Fərqli adlar var: fəaliyyəti sona çatan Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Ruben Rubinyan, spiker Ararat Mirzoyan, Baş nazirinin müavini Mqer Qriqoryan və hətta keçmiş müdafiə naziri David Tonoyan.
Sonuncu şəxsin təyin edilməsi Rusiya və ABŞ-da təsdiqlənəcək, lakin müharibədəki məğlubiyyətin günahkarının Xarici İşlər Nazirliyinə gətirilməsi erməni cəmiyyəti tərəfindən xarici siyasətdə də yaxınlaşan məğlubiyyətlərin bir siqnalı kimi qəbul ediləcək.
Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefa verib.

Oxşar xəbərlər