Çində 54 otaqlı otel binası çökdü: Ölənlər var
13-07-2021, 15:36
153

Çində 54 otaqlı otel binası çökdü: Ölənlər var

Çinin Jianqsu əyalətinin Suzhou şəhərində otel binasının çökməsi nəticəsində 8 nəfər ölüb.
Çinin yerli mediası xəbər verir ki, indiyədək dağıntıların altından 14 nəfər xilas edilib, 9 nəfər isə itkin düşüb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən edilən açıqlamaya görə, bölgədə axtarış-xilasetmə qrupları ölənlərdən hələ 8 nəfərin meyitini çıxara bilib.
Bildirilib ki, 54 otaqlı otel 2018-ci ildə istifadəyə verilib.

Oxşar xəbərlər