Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
13-07-2021, 21:56
202

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabuldakı partlayış nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Xarici KİV xəbər verir ki, bu barədə Kabul Şəhər Polis İdarəsindən məlumat verilib.
Paytaxtın Mayvənd yolunda baş verən hadisə nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Partlayışın xarakteristikası barədə məlumat yayılmayıb.
Hadisənin məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib. Bununla yanaşı, iyulun 13-də səhər saatlarında naməlum silahlılar Kabul məhkəməsinin 3 yüksək vəzifəli məmurunu və şəhərin Baqra rayonunda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşını güllələyiblər.

Oxşar xəbərlər