İsrail 30-a yaxın fələstinli tələbəni HƏBS ETDİ
15-07-2021, 15:43
146

İsrail 30-a yaxın fələstinli tələbəni HƏBS ETDİ

Birzeit Universitetindən olan 30-a yaxın fələstinli tələbə, Turmus Ayya kəndindən avtobusla geri dönərkən İsrail ordusu tərəfindən həbs edilib. 
Bu gün İsrail ordusu onları "Həmas İslam Qruplaşmasının terrorçuları" olmaqda günahlandırdığı üçün tutub. 
Hadisə İordan çayının qərb sahillərində baş verib. 
İsrail ordusunun bəyanatında deyilib ki, tutulanlardan bəziləri birbaşa terror fəaliyyətlərində iştirak edib. 
Birzeit Universiteti etdiyi açıqlamada tələbələrin taleyi ilə bağlı narahatlığını bildirib:
"Universitet beynəlxalq ictimaiyyəti tələbələrin sərbəst buraxılması üçün dərhal müdaxilə etməyə çağırır".
Fələstinli mənbələr isə tələbələrin bir qisminin tezliklə sərbəst buraxılacağını, digərlərinin isə uzunmüddətli həbs ediləcəyini istisna etməyib. 

Oxşar xəbərlər