İtkin düşən erməni hərbçilərdən xəbər yoxdur
15-07-2021, 20:27
169

İtkin düşən erməni hərbçilərdən xəbər yoxdur

Ermənistan Müdafiə Nazirliyi itkin düşmüş hərbçilərin axtarışını bir gün də davam edirib.
“Armenian News” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl də bildirildiyi kimi, Artur Nalbandyan və Aramais Torozyan adlı hərbçilər yoxa çıxıblar. Onların olduğu avtomobil Azərbaycan bölmələrinin nəzarətində olan Qara göl ərazisində itib.
Hazırda ərazidəki duman axtarışları çətinləşdirir.
Müdafiə Nazirliyi Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan hərbçiləri ilə danışıqlar aparıb.

Oxşar xəbərlər