ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə kömək edəcək
15-07-2021, 21:58
169

ABŞ Əfqanıstanın təhlükəsizlik qüvvələrinə kömək edəcək

ABŞ Əfqanıstanda sülhün əldə edilməsi üçün siyasi danışıqları davam etdirəcək . Ölkənin gələcəyini dəstəkləmək məqsədilə beynəlxalq və regional çərçivəni gücləndirəcək.
Xarici KİV-lər xəbər verir ki, bunu ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Rendall bəyan edib.
O deyib ki, Vaşinqton Əfqanıstanın milli müdafiə qüvvələrinə təhlükəsizlik, inkişaf və humanitar yardım sahəsində kömək göstərməyə davam edəcək: "ABŞ-ın, Əfqanıstan da daxil olmaqla müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyini təhdid edən terror qruplarına qarşı fəaliyyətimizi davam etdirəcəyik".

Oxşar xəbərlər