Qonşu ölkədə vəziyyət gərginləşdi - 199 ölüm, 21 885 yoluxma
16-07-2021, 14:52
174

Qonşu ölkədə vəziyyət gərginləşdi - 199 ölüm, 21 885 yoluxma

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 199 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 86 791 nəfərə yüksəlib.
Ötən sutka ərzində daha 21 885 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 485 940 nəfərə çatıb.

Oxşar xəbərlər