ABŞ-da yeni virus tapıldı: “Meymun çiçəyi”
17-07-2021, 10:17
145

ABŞ-da yeni virus tapıldı: “Meymun çiçəyi”

Dünyanın koronavirusu yox edə bilmədiyi bir vaxtda ABŞ-da yeni virus peyda olub.
Bu barədə ABŞ Xəstəliklərə nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Yeni virusun adının "Meymun çiçəyi virusu" olduğu bildirilib. Virusun Nigeriyadan Dallasa gedən bir sərnişində aşkarlandığı diqqətə çatdırılıb.
Məsələ ilə bağlı açıqlama verən Dallas bölgə həkimi Kley Cenkins isə hələ ki fövqəladə vəziyyətin olmadığını və ümumi bir təhdid gözləmədiklərini qeyd edib.

Oxşar xəbərlər