Pakistanda avtobusla yük maşını toqquşdu - 27 nəfər öldü
19-07-2021, 11:30
152

Pakistanda avtobusla yük maşını toqquşdu - 27 nəfər öldü

Pakistanda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Bu barədə "ARY News" telekanalı xəbər verir.
Məlumata görə, qəza ölkənin şərqindəki Pəncab əyalətində baş verib. Artıq hadisə yerinə xilasedicilərin gəldiyi qeyd olunur. Yaralılar ən yaxın xəstəxanaya aparılıb.

Oxşar xəbərlər