Ukraynalı futbolçu avtomobil qəzasında ÖLDÜ - FOTO
20-07-2021, 11:43
172

Ukraynalı futbolçu avtomobil qəzasında ÖLDÜ - FOTO

Ukraynalı futbolçu İqor Tsimbalisti avtomobil qəzasında həyatını itirib.
Hadisə bu gün səhər ölkənin İvano-Frankovsk bölgəsinin Burştın şəhərində baş verib.
Polisin açıqlamasına görə, avtomobil yük maşını ilə toqquşub. “Renault” markalı minik avtomobilinin sürücüsü yerindəcə ölüb, üç sərnişin xəstəxanaya aparılıb. Sonra məlum olub ki, onlardan biri - "Prikarpatya-Teplovik"in 31 yaşlı futbolçusu İqor Tsimbalistidir. Futbolçu, eyni zamanda “Spartak”, “İvano-Frankovsk”, “Korosten”, “Energetik”, “Niva” komandalarında oynayıb.

Oxşar xəbərlər