Ermənistanda koronavirusa yoluxanların sayı artdı
20-07-2021, 12:12
142

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda son sutka ərzində daha 194 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
 “Sputnik Ermənistan” xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 716 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 572-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1112 nəfərdir.
Aktiv xəstələrin sayı 3503 nəfər təşkil edir.
 

Oxşar xəbərlər