Ermənistan parlamentinin ilk iclas tarixi bəlli oldu
20-07-2021, 15:00
174

Ermənistan parlamentinin ilk iclas tarixi bəlli oldu

8-ci çağırış Ermənistan Milli Məclisinin avqustun 2-də baş tutacağı ehtimal olunur.
Bunu Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan bildirib.
MSK bu həftə deputatların qeydiyyatı barədə protokol tərtib edəcək. Milli Məclisin ilk iclası ondan sonra ikinci bazar ertəsi günü olacaq.
Rəsmi olaraq Milli Məclisinin ilk iclasının keçiriləcəyi konkret gün Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan tərəfindən elan ediləcək, ancaq protokol tərtib edildikdən sonra.
Eyni zamanda, Konstitusiya Məhkəməsinin çıxardığı hökm əsnasında bu il iyunun 20-də Ermənistanda keçirilən erkən parlament seçkilərinin nəticələrindən sonra qeydə alınan mənzərə dəyişməz qalacaq. Beləliklə, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 71, "Ermənistan" və "Şərəfim var" blokları 29 və 7 mandat alacaq.
Parlamentə daxil olan blokların nümayəndələrinin şərhlərinə görə, müxalifət təmsilçilərinin parlamentdəki yerlərinin boş qalmayacağı qənaətinə gəlmək olar.
Alen Simonyan Milli Məclisin sədri, Akop Arşakyan və Ruben Rubinyanın vitse-spiker olacağı artıq məlumdur. 

Oxşar xəbərlər