Erməni zabiti həbs olundu
20-07-2021, 15:12
155

Erməni zabiti həbs olundu

Hərbi çağırışçı Artur Qazaryanın ölümü ilə bağlı cinayət işi çərçivəsində Ermənistan ordusunun həbsdə olan leytenant X.A.-ya ittiham irəli sürülüb.
«Armenian News» xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Zabitə münasibətdə həbs qətimkan tədbiri seçildi.
Xatırladaq ki, iyulun 16-da sıravi Artur Qazaryan silahlarla davranma qaydalarının pozulması nəticəsində başından güllə yarası alıb. Hərbi xəstəxanaya aparan yolda A. Qazaryan ölüb.
Bu faktla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (döyüş növbətçiliyi və ya hərbi xidmət keçmə qaydalarının pozulması) ilə cinayət işi başlanıb.
İlkin istintaq davam edir.

Oxşar xəbərlər