Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi
20-07-2021, 16:05
181

Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
“Report”un məlumatına görə, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib.
60 kiloqramdakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyana şans verməyib - 4:2.
Qeyd edək ki, bu gün həmçinin Elman Məmmədov (51 kq), İlkin Ağayev (71 kq) və Yusif Dursunov (92 kq) yarışa qoşulub.

Oxşar xəbərlər