Paşinyan onu Müdafiə naziri təyin etmək istəyir
21-07-2021, 10:00
171

Paşinyan onu Müdafiə naziri təyin etmək istəyir

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Baş qərargah rəisinin birinci müavini, general Arşak Karapetyanı müdafiə nazirinin birinci müavini vəzifəsinə təyib edilib. 
Karapetyan bu ilin aprelində Baş qərargah rəisinin birinci müavini təyin edilmişdi. O vaxta qədər isə Paşinyanın hərbi məsələlər üzrə müşaviri olub. 
Arşak Karapetyan 2016-cı il aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Baş qərargahının kəşfiyyat idarəsinin rəsi idi. Həmin döyüşlərdən sonra o zamankı prezident Serj Sərkisyan Karapetyanı Müdafiə Nazirliyinin digər rəhbərliyi ilə birlikdə vəzifədən azad etdi. Çünki Karapetyanın idarəsinin fəaliyyəti faktiki iflasa uğramışdı və hesab edilirdi ki, kəşfiyyat Azərbaycan qoşunlarının əks-zərbə əməliyyatına hazırlaşmasından xəbər tutmayıb. 

Oxşar xəbərlər