Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ÖLDÜ
21-07-2021, 10:25
163

Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ÖLDÜ

Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova vəfat edib.
Bu barədə məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, o 64 yaşında dünyasını dəyişib.
Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. Kurbonbi Rahmonova iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş.
Bildirilib ki, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.
 

Oxşar xəbərlər