"Ermənistan" fraksiyasına o rəhbərlik edəcək
22-07-2021, 22:37
168

"Ermənistan" fraksiyasına o rəhbərlik edəcək

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə “Ermənistan” fraksiyasına rəhbərlik edəcək.
Erməni KİV xəbər verir ki, sabiq prezident Robert Koçaryan və blokun başqa bir üzvü mandatdan imtina etdikdən sonra Ohanyan siyahıda 7-ci yeri tutub.
Koçaryanın lideri olduğu "Ermənistan" bloku iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində 29, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası isə 71 mandat qazanıb.
Avqustun 2-də yeni tərkibdə parlamentin ilk iclası keçiriləcək.

Oxşar xəbərlər