İzmir ard-arda 48 dəfə silkələndi
22-07-2021, 18:11
164

İzmir ard-arda 48 dəfə silkələndi

İzmirin Karaburun səmtində 4.2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Zəlzələnin yer səthindən 23.10 kilometr dərinlikdə baş verdiyi bildirilib. Bundan sonra ən böyüyü 3,7 bal gücündə olmaqla daha 47 sarsıntının baş verməsi insanlar arasında narahatlığa səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Geofizika Mühəndisi professor Övgün Ahmet Ercan  Karaburun ilə Midilli arasındakı bu bölgənin yenidən zəlzələ meydana gətirəcəyini və zəlzələnin 6.8-6.9 bal gücündə olacağını vurğulayıb.

Oxşar xəbərlər