Prezidentə namaz üstündə bıçaqlı hücum edildi - VİDEO
23-07-2021, 10:55
140

Prezidentə namaz üstündə bıçaqlı hücum edildi - VİDEO

Malinin müvəqqəti prezidenti Assimi Goita bıçaqlı hücuma məruz qalıb. 
Prezidentə  paytaxt Bamakodaki məscidində bayram namazı qılarkən naməlum şəxslər tərəfindən bıçaqla hücuma məruz qalıb. Belə  ki,  naməlum şəxs namazı üstündə olan  prezidentə  arxadan hücum edərək,  boğazını  kəsmək  istəyib. 
Həmin görüntülər  anbaan kameralara əks  olunub.  Hadisədən bir  neçə gün sonra Assimi xalqa müraciət  edərək,  hər şeyin qaydasında olduğunu, səhhətində  bir problem olmadğını  açıqlayıb. 
Prezident aparatı tərəfindən edilən açıqlamada cani şəxsin təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirildiyi və hadisə ilə əlaqədar istintaqın başladıldığı bildirilib.
Qeyd edək ki,  Afrika ölkəsi olan Malidə 18 Noyabr 2020-ci ildə hərbi çevrilişdən sonra qurulan keçid hökumətinin prezidenti Ndav, Baş nazir Ouane və Müdafiə Naziri Ducoure həbs olunub. Hərbi çevrilişdən sonra rəhbərlik  müvəqqəti olaraq Assimi Goitaya verilib. 

Oxşar xəbərlər