Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb
23-07-2021, 17:34
175

Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Erməni KİV-ləri xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.
Onların şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1615 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Oxşar xəbərlər