“Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq” - İran XİN
24-07-2021, 12:38
195

“Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq” - İran XİN

“İran tərəfləri sülhə çağırır”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.
Azərbaycan və Ermənistan arasındakı dağınıq silahlı toqquşmalara toxunan Xətibzadə Cənubi Qafqazda sülhün mümkün qədər tez əldə edilməsinin vacibliyini vurğulayıb.
XİN sözçüsü sərhəddə bir neçə nəfərin öldürülməsi və yaralanmasına görə məyus olduğunu və sərhəd mübahisələrini təmkin və sülh yolu ilə həll olunmağa çağıran açıqlama verib.
Mətbuat katibi deyib: “İran bölgədə barışığa nail olmaq üçün lazım olan istənilən yardımı göstərməyə hazırdır”.

Oxşar xəbərlər