ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana MÜRACİƏT
24-07-2021, 13:03
154

ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana MÜRACİƏT

ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı açıqlama yayıb.
 
Təşkilat hər iki tərəfi təmkinli olmağa çağırıb.
 
“Biz tərəfləri sakitliyə və təmkinli olmağa çağırır, təxribatçı addımlardan çəkinməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bayrağı altında tezliklə danışıqlara qayıtmağa çağırırıq”- açıqlamada deyilir.
 
ABŞ Dövlət Departamenti də sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib:
 
“Biz bir müddət öncə, Yerasx-Sədərək istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən insindentdən narahatıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bütün tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli üçün səylərinə sadiqdir”.
 
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. 

Oxşar xəbərlər