Koronavirus rusları məğlub etdi: Bir gündə 799 ölüm
24-07-2021, 13:21
152

Koronavirus rusları məğlub etdi: Bir gündə 799 ölüm

Rusiyada son gündə koronavirusdan ölənlərin sayı 799 nəfər olub.
Bu barədə Koronavirusla mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Bununla da pandemiya dövründə ölənlərin ümumi sayı 153.095 nəfərə çatıb.
Moskva 105 ölümlə hələ də ilk sırada durur.
Rusiya paytaxtında COVID-19-a yoluxma göstəricisi də yüksəkdir – 3376.
Ümumən Rusiyada son 24 saatda 23.947 nəfər koronavirusa yoluxub.

Oxşar xəbərlər