“Sülhməramlılar Paşinyan hökumətindən narazıdır” - Erməni nəşri
24-07-2021, 13:45
169

“Sülhməramlılar Paşinyan hökumətindən narazıdır” - Erməni nəşri

“Nikol Paşinyan xarici siyasət kursnu dəyişir”.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Nərin iddiasına görə, hökumətdəki son kadr dəyişikliyindən Baş nazirin xarici siyasət kursunu dəyişdirməsi təəssüratı yaranır. “Rusiyaya qarşı mövqeləri olan insanlar əsas sahələrə təyin olunur. Paşinyan, Vaqarşak Arutyunyan kimi rusiyapərəst şəxsləri işdən çıxarır və Qərb mərkəzlərinin nəzarətində olan və bəzən düşmən dövlətlərin gizli xidmətləri ilə əlaqəli şəxsləri vəzifələrə təyin edir.
Səlahiyyətli orqanlarımızın bu cür davranışı Rusiya və pusiyapərəst dairələrin diqqətindən yayınmır və sülhməramlılar bundan danışırlar. Sünikdəki rus sülhməramlıları, erməni əhalisi ilə təmasda narazı olduqlarını gizlətmirlər və bildirirlər ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyətinin günahkardır, hökumət Rusiyanın öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq üçün hər şeyi edir. Ən əsası, bu, Qərb qoşunlarını gətirmək məqsədi ilə edilir.
Təsadüfi deyil ki, dünən Fransanın Ermənistandakı səfiri Fransa tərəfinin müdafiə məsələsində Ermənistanın təklifini müzakirə edəcəyini vurğulayıb. Söhbət Minsk qrupuna üzv dövlətlərin qoşunlarının gətirilməsindən gedir”.

Oxşar xəbərlər