ABŞ fikrini dəyişdi: “Taliban”a hava hücumu başladı
24-07-2021, 14:40
195

ABŞ fikrini dəyişdi: “Taliban”a hava hücumu başladı

Son bir neçə gündə ABŞ Əfqanıstandakı "Taliban” yaraqlılarına hava hücumlarını artırıb.

Qaynarinfo "Washington Post” qəzetinə istinadla xəbər verir ki, həftənin əvvəlində ən azı taliblərə dörd zərbə endirilib - 21 və 22 iyulda. Bombardmanlar "Taliban” qruplaşmasının qalası olan Qəndəhar vilayətində də həyata keçirilib.

Adı açıqlanmayan iki ABŞ rəsmisinin dediyinə əsasən, zərbələr Əfqanıstan təhlükəsizlik qüvvələrinin istəyi ilə "Taliban”la toqquşmalarda onlara dəstək olmaq və ya silahlıların əlinə keçən silahları, o cümlədən artilleriya, texnika, xüsusi nəqliyyat vasitələri və digər əmlakı məhv etmək üçün həyata keçirilib.
WSJ Əfqanıstan Silahlı Qüvvələrinin sözçüsünə istinadən yazır ki, söhbət ABŞ-ın "Taliban”a qarşı əməliyyatlarının son aylarla müqayisədə əhəmiyyətli dərəcədə genişlənməsindən gedir. "Taliban” sözçüsü Zabihullah Mücahid hadisələri ABŞ-ın "Taliban” ilə razılaşmalarının pozulması adlandırıb və bu, "mənfi nəticələrə" gətirib çıxaracaq.

Xatırladaq ki, Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökuməti "Taliban” ilə barışıq müqaviləsini 29 fevral 2020-ci ildə imzalayıb, ona əsasən ABŞ və müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxaracaqlarına dair söz veriblər.

Oxşar xəbərlər