Şimali Koreyada kütləvi aclıq başlaya bilər
26-07-2021, 14:25
146

Şimali Koreyada kütləvi aclıq başlaya bilər

Şimali Koreyada quraqlıq kütləvi aclığa səbəb ola bilər.
Xarici KİV xəbər verir ki, temperaturun 35 dərəcəyə qədər yüksəlməsi və yağıntıların olmaması quraqlıq yaradıb.
Nəticədə minlərlə hektar çəltik və qarğıdalı sahəsi məhv olub.
Kommunist partiyasının Mərkəzi Plenumunun son iclasında çıxış edən ölkə lideri Kim Çen In ölkədə ərzaq problemi olduğunu etiraf edib. O, güclü qasırğa və digər obyektiv səbəblərin bu problemi yaratdığını açıqlayıb.

Oxşar xəbərlər