Paşinyan partiyadaşları ilə qapalı görüş keçirir
26-07-2021, 18:03
150

Paşinyan partiyadaşları ilə qapalı görüş keçirir

İyulun 26-da "Vətəndaş Müqaviləsi" partiyasının ofisində Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yeni seçilmiş parlamentin deputatları ilə qapalı görüş keçirir.
 «Armenian News» xəbər verir ki, iclasdan əvvəl "Vətəndaş Müqaviləsi" partiyasından olan millət vəkili Hraçya Akopyan jurnalistlərə bildirib: “Gündəm barədə heç bir şey bilmirəm”.
Parlament komissiyaları sədrliyinə namizədlər məsələsinin müzakirə edilib-edilməyəcəyi sualına o belə cavab verib: “Bu məsələ ilə əlaqədar olaraq, artıq insanların özlərini namizəd göstərə biləcəyini və ya başqa adamlar tərəfindən irəli sürülə biləcəyini söylədik. Gələcəkdə fraksiya daxilində seçəcəyik. Bu məsələ hələ müzakirə olunmayıb. "
Hraçya Akopyan görüş zamanı sərhəd problemlərinin müzakirə olunacağını da istisna etməyib.
Qeyd edək ki, Alen Simonyanın Ermənistan Respublikası Milli Məclisinin sədri olacağı, Ruben Rubinyan və Akop Arşakyanın isə vitse-spiker olacağı artıq məlumdur. Müxalifətdən vitse-spikerin kim olacağı hələ məlum deyil.

Oxşar xəbərlər