Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)
28-07-2021, 12:21
20

Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)

Xəbər verdiyimiz  kimi, Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
Erməni  KİV xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi öldürülən erməni hərbi qulluqçularının adlarını açıqlayıb:
- Hayk Gevorqyan (baş leytenant)
- Koryun Harutyunyan (əsgər)
- David Koçaryan (əsgər)
***09:59
Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.
“Sputnik Armeniya” xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

Oxşar xəbərlər