ABŞ-da 8,1 bal gücündə zəlzələ oldu - Sunami təhlükəsi var
29-07-2021, 11:14
190

ABŞ-da 8,1 bal gücündə zəlzələ oldu - Sunami təhlükəsi var

"Alyaskanın Çiqnik qəsəbəsindən cənub-şərqdə 8,1 bal gücündə zəlzələ olub. Sunami təhlükəsi var".
Bu barədə ABŞ-ın Sunami üzrə Xəbərdarlıq Mərkəzinə istinadən xəbər verir. 
Qeyd edək ki, iyulun 29-da Alyaskada güclü zəlzələ olub. ABŞ-ın Geoloji Xidməti isə yeraltı təkanların 7,3 bal gücündə olduğunu açıqlamışdı.
 
*** 10:43
Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının sahillərində güclü zəlzələ baş verib.
Zəlzələ 7,3 bal gücündə qeydə alınıb. 
Bildirilir ki, bu barədə məlumatı ABŞ-ın seysmoloqları verib. 
Yeraltı təkanlar nəticəsində itki və dağıntılar barədə məlumat yayılmayıb.

Oxşar xəbərlər