Dünya
29-07-2021, 12:25
146
İsrail polisi 11 yaşlı fələstinlini güllələdi
İordan çayının qərb sahilində 11 yaşlı fələstinli uşaq İsrailin sərhəd polisi tərəfindən güllələnib.
Hadisə Hevron əyalətinin şimalındakı Beyt-Umar kəndinin girişində baş verib.
Bildirilir ki, İsrailin təhlükəsizlik qüvvələri yolla gedən avtomobilə atəş açıblar. Həmin avtomobildə atası ilə dəfn mərasiminə gedən azyaşlı sinəsindən ağır yaralanıb.
Daha sonra o, Hevron şəhərindəki xəstəxanaya aparılsa da, aldığı yaralardan elə orada dünyasını dəyişib.