Türkiyədən S-400 AÇIQLAMASI
29-07-2021, 14:42
140

Türkiyədən S-400 AÇIQLAMASI

"S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığımız davam edəcək".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib.
S-400 məsələsində mövqelərinin həmişə son dərəcə açıq olduğunu qeyd edən M.Küçükyılmaz, sözügedən detalların hələ də qüvvədə qaldığını bildirib:
"S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır". 

Oxşar xəbərlər