Qohumlar arasında atışma: 4 nəfər ÖLDÜ
29-07-2021, 17:21
180

Qohumlar arasında atışma: 4 nəfər ÖLDÜ

Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda düşmən qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.
Xarici KİV xəbər verir ki, hadisə iyulun 29-da günorta saatlarında rayonun Gülderen məhəlləsində qeydə alınıb.
Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Qeyd olunub ki, mübahisə qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.
Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.
 

Oxşar xəbərlər