Türkiyənin daha bir bölgəsində yanğın BAŞLAYIB
22-07-2021, 17:40
147

Türkiyənin daha bir bölgəsində yanğın BAŞLAYIB

Türkiyənin Marmaris şəhərində meşə yanğını başlayıb.
Yanğın Armutalan adlı bölgədə başlayıb.
Yanğını nəzarətə almaq üçün Muğladakı yanğınsöndürən briqadaları hadisə yerinə göndərilib.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Alovlar tez bir zamanda geniş əraziyə yayılıb və yaşayış yerlərinə təhlükə doğurur. Yanğın yaşayış yerlərinə yaxın ərazidə baş verdiyindən otel və istirahət yerlərində təhlükəsizlik tədbirləri görülüb. 

Oxşar xəbərlər