ÜST-dən qorxudan STATİSTİKA: “Delta“ ştamı dünyanın 132 ölkəsində yayılıb
31-07-2021, 12:20
162

ÜST-dən qorxudan STATİSTİKA: “Delta“ ştamı dünyanın 132 ölkəsində yayılıb

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus son 4 həftə ərzində dünyanın 6 qitəsindən 5-də koronavirusa yoluxanların 80 faiz artdığını açıqlayıb.
ÜST rəsmisi bu artıma “Delta” ştamının səbəb olduğunu və bu ştamın 132 ölkədə aşkarlandığını bildirib.
O, ötən həftə təşkilata 4 milyona yaxın yeni yoluxma sayının bildirildiyini və 2 həftə ərzində ümumi yoluxma sayının 200 milyonu keçəcəyini gözlədiklərini diqqətə çatdırıb.

Oxşar xəbərlər